Son xəbərlər

 


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan komandaları bu gün ilk yoxlama matçına çıxacaqlar.

 

Toplanışa eyni vaxtda yollanan "Zirə" və "Sabah" klubları müxtəlif saatlarda fərqli kollektivlərlə qarşılaşacaqlar.

"Zirə" Türkiyənin I Liqasında çıxış edən "Ümraniyespor"la görüşəcək. "Fanatic Tour"un meydanında təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

"Sabah" isə Belek qəsəbəsindəki "Titanik Mardan" stadionunda Macarıstan "Pakş"ı ilə üz-üzə gələcək. Saat 18:30-da start götürəcək matç “Sabah” FK-nın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.