Son xəbərlər

 


Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb...

 

Sozazadligi.org PFL-in saytına istinadən xəbər verir ki, 17-ci turda qapılara 17 qol vurulub. "Zirə" – "Qarabağ" (0:6) görüşündə altı, "Neftçi" – "Keşlə" və "Səbail" – "Qəbələ" (hər ikisi 3:1) matçlarında dörd, "Sumqayıt" – "Sabah" (1:2) oyununda üç top qapı torunu silkələyib.

Turun 4 qarşılaşmasında meydan sahibləri 7, qonaqlar 10 dəfə fərqlənib. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. Bu, mövsümün ən yüksək göstəricisidir. Əvvəlki rekord 16 qolun qeydə alındığı 12-ci tura təsadüf edib.

Qeyd edək ki, ölkə çempionatlarında orta məhsuldarlığın 4,25 və ya daha yüksək olması sonuncu dəfə ötən mövsüm qeydə alınmışdı. 2018/19 mövsümünün 11-ci turunda da indiki kimi 17 qol vurulmuşdu.