Son xəbərlər

 


UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçirilir...

 

 Niderlandın paytaxtı Amsterdamda baş tutan tədbirdə Avropanın 55 komandası 4 liqada ümumilikdə 14 qrupa bölünüb.

A, B və C liqalarının hər birində dörd komandadan 4 qrupun tərkibi bəlli olub. D liqasında isə 3 və 4 yığmanın yer aldığı iki qrupun tərkibi müəyyənləşib.

Artıq D və C liqalarında püşkatma başa çatıb. Tarixdə ikinci dəfə təşkil olunacaq yarışda Azərbaycan yığması C liqasında mübarizə aparacaq. Millimiz bu ilin payızında start götürəcək liqa mərhələsində 1-ci qrupda yer alıb.

Püşk komandamızı Lüksemburq, Kipr və Monteneqronu rəqib edib. Baş məşqçisiz qalan yığmamız sentyabr-noyabr aylarında bu rəqiblərlə ev və səfərdə, ümumilikdə 6 matç keçirəcək.

C liqası
1-ci qrup: Azərbaycan, Lüksemburq, Kipr, Monteneqro
2-ci qrup: Ermənistan, Estoniya, Şimali Makedoniya, Gürcüstan
3-cü qrup: Moldova, Sloveniya, Kosovo, Yunanıstan
4-cü qrup: Qazaxıstan, Litva, Belarus, Albaniya

D liqası
1-ci qrup: Malta, Andorra, Latviya, Farer adaları
2-ci qrup: San-Marino, Lixtenşteyn, Cəbəllütariq  (Apasport.az)