Son xəbərlər

 


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu finala çıxıb.

 

Idmançımız Ağasif Səmədov (-52 kq) belaruslu rəqibini məğlub edərək finalda erməni Tiqran Kirakosyana rəqib olub.

Qeyd edək ki, bu gün daha bir samboçumuz Abdulla Abdullayev (-74 kq) də təsəlliverici yarışda erməni rəqibi ilə güləşəcək.

Onu da qeyd edək ki, ilk yarış günündə Azərbaycanın daha bir samboçusu Mehman Xəlilov (57 kq) erməni Maksim Manukyana 9:1 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.