Son xəbərlər

 


Bu gün “Minsk 2019” II Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

 

Virtualaz.org-un məlumatına görə, Mariya Stadnik çıxışına 1/4 finaldan başlayacaq.

Həmçinin, səbrəst güləşçilər - Hacı Əliyev və Nurməhəmməd Hacıyev final görüşlərinə çıxacaqlar. 65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev Bakı vaxtı ilə saat 19:50 radələrində Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə qarşılaşacaq. Nurməhəmməd Hacıyev (97 kq) isə Rusiya təmsilçisi Abdulraşid Sadullayevlə üz-üzə gələcək. Bu mübarizənin saat 20:40 radələrində olacağı bildirilir.

Bu gün Azərbaycan idmançıları stend atıcılığı, badminton, idman gimnastikası, eləcə də avarçəkmə yarışlarında da iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan II Avropa Oyunlarında 1 qızıl, 4 gümüş və 9 bürünc medalla 17-ci sırada yer alır.