Son xəbərlər

 


Avropa Liqasının pley-off mərhələsi başa çatdı və qrup mərhələsində iştirak edən 48 komandanın hamısının adı məlum oldu. İndi hamı, o cümlədən "Qarabağ" da püşkü gözləyir.

 

 Avropa Liqasında qrup mərhələsinin püşkü bu gün atılacaq.

Monakoda keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkatma zamanı 48 klub hərəsində 4 komanda olmaqla 12 qrupa bölünəcək.

Bunların arasında Azərbaycan çempionu "Qarabağ" da var. Təmsilçimiz avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə çıxış edəcək.

Püşkatmadan öncə komandalar hazırkı reytinqlərinə əsasən səbətlərə bölünüb.

"Qarabağ" reytinqinə əsasən, keçən il olduğu kimi, bu dəfə də 3-cü səbətdə yer alıb.

Qeyd edək ki, qrup mərhələsinin oyun günləri də bəllidir. Sentyabrın 19-da başlayacaq qrup matçları dekabrın 12-də yekunlaşacaq.

Beləliklə, püşk səbətlərinin tərkibi:

I səbət

"Sevilya" (İspaniya)

"Arsenal" (İngiltərə)

"Portu" (Portuqaliya)

"Roma" (İtaliya)

"Mançester Yunayted" (İngiltərə)

"Dinamo" (Kiyev, Ukrayna)

"Beşiktaş" (Türkiyə)

"Bazel" (İsveçrə)

"Sportinq" (Portuqaliya)

MOİK (Rusiya)

"Volfsburq" (Almaniya)

"Latsio" (İtaliya)

 

II səbət

PSV (Hollandiya)

"Krasnodar" (Rusiya)

"Seltik" (Şotlandiya)

"Kopenhagen" (Danimarka)

"Braqa" (Portuqaliya)

"Gent" (Belçika)

"Borussiya" M (Almaniya)

"Astana" (Qazaxıstan)

"Yanq Boyz" (İsveçrə)

"Lüdoqorets" (Bolqarıstan)

APOEL (Kipr)

"Ayntraxt" (Almaniya)

 

III səbət

"Sent-Etyenn" (Fransa)

"Qarabağ" (Azərbaycan)

"Feyenoord" (Hollandiya)

"Xetafe" (İspaniya)

"Espanyol" (İspaniya)

"Molde" (Norveç)

"Partizan" (Serbiya)

"Standard" (Belçika)

"Vulverhempton" (İngiltərə)

"Renn" (Fransa)

"Rusenborq" (Norveç)

"Başakşəhər" (Türkiyə)

 

IV səbət

"Alkmaar" (Hollandiya)

"Aleksndriya" (Ukrayna),

"Düdelanj" (Lüksemburq)

LASK (Avstriya)

"Volfsberq" (Avstriya)

"Luqano" (İsveçrə)

"Ferensvaroş" (Macarıstan)

"Trabzonspor" (Türkiyə)

"Slovan" (Slovakiya)

ÇFR (Rumıniya)

"Vitoriya" (Portuqaliya)

"Reyncers" (Şotlandiya)