Son xəbərlər

 


Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin son günü Azərbaycan üçün əlamətdar olub.

 

Virtualaz.org-un məlumatına görə, millimiz tarixində ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb.

1/8 finalda Tayvan, 1/4 finalda isə Avstraliya yığmalarına inamla qalib gələn cüdoçularımız yarımfinalda Rusiya millisi ilə qarşılaşıb. Dramatik keçən görüşdə güclü rəqibini 4:3 hesabı ilə məğlub edən Azərbaycan komandası tarixində ilk dəfə olaraq finala çıxıb.

Həlledici qarşılaşmada Yaponiya cüdoçularına 1:4 hesabı ilə uduzan yeniyetmələrdən ibarət milli komandamız dünya birinciliyində II yeri tutub.