Son xəbərlər



Ekspert: “Bu bankın sağlamlaşdırılması hələ bitməyib”

Ötən 3 ildə Azərbaycanın maliyyə sektoruna mənfi mənada öz damğasını vuran “Beynəlxalq Bank işi” davam etməkdə ikən, bankın sağlamlaşdırılması və özəlləşdirilməsi ilə bağlı da dəqiq vaxt müəyyən olunmayıb.

Ardını oxu...



Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin (NCA) rəhbəri bəyan edib ki, korrupsiyalaşmış oliqarxlarla mübarizə aparmaq üçün işlənib hazırlanmış qanunlar çərçivəsində quldur qruplaşmalarının bosslarının əmlakına, dəbdəbəli avtomobillərinə və digər aktivlərinə həbs qoyulacaq.

Ardını oxu...



İyulun 6-da Abşeron Logistika Mərkəzində Sian-Bakı blok qatarını qarşılama mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Sian şəhərinin Xalq hökumətinin vitse-meri Qao Qao, Şansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuntanq iştirak ediblər.

Nazir Ş.Mustafayev Azərbaycan-Çin münasibətlərinin inkişafından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına tarixi səfərini qeyd edib. Bu ilin aprelində ölkə başçısı 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edib, forum çərçivəsində Azərbaycan və Çin şirkətləri 800 milyon dollarlıq 10 müqavilə imzalayıblar.

“Bu gün blok qatarının Siandan Bakıya gəlməsi əlamətdar hadisədir. Azərbaycan Çinin regionları ilə əlaqələrin genişlənməsinə böyük önəm verir. 2015-ci ildə Prezident İlham Əliyev ilk dəfə məhz Sian şəhərinə səfər edib.

Ardını oxu...