Son xəbərlər

 

İran və Venesuelada neft hasilatının azalması və dünya neft bazarında qiymətlərin artmasının davam etməsi OPEC-in iyuldan neft hasilatının artırmasına gətirib çıxarda bilər.

 

 

ONA-nın Rusiyə mətbuatına istinadən verdiyi məlumata görə, Venesuelada gündəlik neft istehsalı artıq 1 mln. bareldən aşağı düşüb. Vaşinqton Tehrana qarşı sanksiyalarını gücləndirsə, may ayından etibarən İranda istehsal daha da azala bilər.

 

“Bazarda təklif azalsa, neftin qiyməti isə 85 dollara çatsa, bizdə ola bilər ki, neft hasilatını artırmağa məcbur olacağıq”, - OPEC-dəki mənbə bildirib.

 

Mənbənin sözlərinə görə, hazırda bazarın dinamikası üzrə proqnozlar hələ qeyri-müəyyəndir və hər şey OPEC-in iyun görüşündən əvvəl ABŞ-ın İrana və Venesuelaya qarşı göstərə biləcək təzyiqdən asılı olacaq.

 

Qeyd edək ki, OPEC və bir sıra digər qeyri-kartel neft istehsalçısı bazarın stabilləşdirilməsi üçün yanvar ayından etibarən altı ay ərzində neft istehsalının gündə 1,2 mln. barel azaltmağa dair razılıq əldə ediblər.