Son xəbərlər

 


Fazil Məmmədovun bankı kritik həddə...

 

Son zamanlar AtaBankın müştəriləri olan sahibkarların, əmanətçilərin və digər fiziki şəxslərin bankın fəaliyyəti ilə bağlı haqlı narazılıqları ciddi şəkildə artıb. Sahibkarlar hesabları üzrə əməliyyatlarını vaxtında apara bilmədiklərindən, əmanətçilər isə əmanətlərini vaxtında ala bilmədiklərindən əziyyət çəkirlər.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb bankda ciddi şəkildə likvidlik probleminin yaranması olub. AtaBankla bağlı ciddi problemlərlə üz-üzə qalan insanlar Mərkəzi Banka, Prezident Aparatına və digər orqanlara şikayət ərizələri ünvanlamaqda davam edirlər.

Vətəndaşların müraciətlərinə əsasən, ölkə mediasında bu bankın milli iqtisadiyyata, bank sisteminə artıq bir təhlükə olduğu barədə dəfələrlə məlumatlar verilsə də, bank hər dəfə bu məlumatları təkzib edib. Nəticədə isə bankın maliyyə vəziyyəti kritik həddə çatıb, barəsində isə ciddi narazılıqlar yaranıb. O zaman ölkənin bank sisteminə nəzarətə məsul qurum olan Maliyyə Bazarlarına Nəzarət Palatası AtaBanka öz likvidliyini bərpa etməsi üçün həddindən artıq şans verdi, bu banka qarşı heç bir sərt tənzimləmə metodu tətbiq etmədi. Buna səbəb isə, həmin vaxt bankın sahibi, keçmiş Vergilər Naziri Fazil Məmmədovun banka əlavə kapital yerləşdirəcəyinə dair öhdəlik götürməsi bildirilirdi. Lakin sonda bu öhdəlik yerinə yetirilmədi...

Sozazadligi.org