Son xəbərlər

 


“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Yaponiyanın TEPSCO dövlət şirkətinin Mərkəzi Asiya üzrə direktoru Noriaki Taketaninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

 

Bakıda inşa edilən “Şimal-2” layihəsinin meneceri Sato Mitsuyuki və TEPSCO şirkətinin biznesin inkişafı üzrə meneceri Yashushi Shinoginin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb. 

Görüşdə “Azərenerji” ilə TEPSCO əməkdaşlığının 25 ilinin tamam olması mövzusu xüsusilə vurğulanıb və Baba Rzayev Noriaki Taketaniyə təşəkkürnamə təqdim edib.

Məlumatı "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat Xidməti yayıb.