Son xəbərlər

 


Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. ..

 

“OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsü) Texniki Komitəsi iştirakçı ölkələrə koronavirusun (COVID-19) təsirini aradan qaldırmaq məqsədi ilə bu ilin II rübü üçün gündəlik neft hasilatını əlavə 1 mln. barel azaltmağa tövsiyə edib.

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bununla yanaşı, Komitə neft hasilatının azaldılması üzrə mövcud kvotanın 2020-ci ilin sonunadək uzadılmasını nəzərdən keçirməyi də tövsiyə edib.

Məlumata əsasən, bu tövsiyələrə iştirak edən üzvlərin hamısı qoşulmayıb.

Xatırladaq ki, “OPEC+” çərçivəsində martın 5-6-ı Vyanada nazirlərin görüşü keçiriləcək və burada neft hasilatının hazır ki vəziyyətdə saxlanılması və ya azaldılması barədə qərar veriləcək.