Son xəbərlər

 

Koronavirus pandemiyasına görə 2020-ci ildə dünya iqtisadiyyatlarına ağır zərbə dəydi. Əslində, bu ilin mənfi təsirlərini 2008-ci il dünya iqtisadi böhranı ilə deyil, 1929-cu il iqtisadi böhranı ilə müqayisə etmək mümkündür...

 

 

Erdal Tanas Karagöl

“Yeni Şafak” qəzeti, Türkiyə, 18 iyun 2020-ci il

Koronavirus pandemiyasına görə 2020-ci ildə dünya iqtisadiyyatlarına ağır zərbə dəydi. Əslində, bu ilin mənfi təsirlərini 2008-ci il dünya iqtisadi böhranı ilə deyil, 1929-cu il iqtisadi böhranı ilə müqayisə etmək mümkündür.

Açıqlanan iqtisadi artım rəqəmlərinə baxdıqda görünür ki, koronavirus pandemiyası bəzi ölkə iqtisadiyyatlarına yanvar-fevral-mart aylarında mənfi təsir göstərərkən, digərlərinə də aprel-may-iyun aylarında mənfi təsir göstərməsi gözlənilir.

2020-ci ilin birinci rübündə, əsasən AB ölkələri, Çin və ABŞ kimi dünya iqtisadiyyatının önəmli hissəsini təmsil edən, inkişaf etmiş ölkələr zəifləyərkən, ikinci rübdə də Türkiyə, Hindistan, Cənubi Amerikada Braziliya, Meksika kimi inkişaf etməkdə olan ölkələr zərər çəkiblər.

Koronavirus pandemiyası ilk dəfə Çindən çıxdıqdan sonra bütün dünyaya yayıldığı üçün və indi yenidən bu hallar Çinin müxtəlif bölgələrində görünməyə başladığı üçün koronavirusun ikinci dalğası olacağı ehtimal edilir.

Bu vəziyyətin, xüsusən də 2020-ci ilin 3-cü rübündə iqtisadiyyatlardakı müsbət gözləntiləri kölgə altına alması iqtisadiyyatlar üçün təhlükə kimi görünür. Hər nə qədər ilk yoluxma hallarının ortaya çıxdığı zamana nisbətən yeni dönəmdə həm alınacaq tədbirlər, həm də iqtisadiyyatda ola biləcək zərərləri azaltmaq məsələsində artıq bir təcrübə yaranmış olsa da, ikinci korona dalğasında ölkə iqtisadiyyatlarının bu təsirlərə necə gətirə biləcəyi çox vacib məsələdir.

İqtisadiyyatda mümkün ssenarilər

Koronavirus pandemiyasına görə, demək olar ki, bütün ölkələrin yaşadığı iqtisadi-maliyyə problemləri və mümkün ziyanları azaltmaq üçün bütün böhranlarda olduğu kimi, burada da əsas olaraq maliyyə, pul və gəlir siyasəti tətbiq edilib.

İqtisadi artımın və iqtisadi fəallığın nə qədər müddətdə bərpa ediləcəyi məsələsi də yeni dalğanın təsirindən asılıdır. Koronavirus pandemiyası ilə meydana gələn iqtisadiyyatlardakı daralmaya görə görüləcək tədbirlərlə bazara mərkəzi bankların külli-miqdarda pul köçürməsi ilə “W” tipli daralmanın qarşısı alına bilər.

Digər tərəfdən, son dönəmlərdə Covid-19 üçün istehsal olunan və olunacaq dərmanlarla bağlı işlərin sürətlənməsi və peyvəndlərlə bağlı işlərin, xüsusilə son rübdə tətbiq olunacağı ehtimalı iqtisadiyyatlarda ola biləcək ikinci dalğanın qarşısını almasını və iqtisadiyyatdakı mümkün zərərləri azaltmasını gözləyə bilərik.

Müsbət və mənfi təsirlənəcək ölkələr

Baş verəcək biləcək ikinci korona dalğasında dövlət borcu və inflyasiya səviyyəsi aşağı olan, siyasi sabitliyə sahib, yaxşı bir sağlamlıq infrastrukturu, dünyadakı faiz dərəcələri az olan və pulun çox olduğu dövrdə xaricdən kapital cəlb edə biləcək ölkələrin iqtisadiyyatlarının zərər çəkmək ehtimalı daha azdır.

Buna görə, bu ölkələr iqtisadi problemləri olan ölkələrdən daha rahat vəziyyətdə olacaqlar. Həmçinin, bu imkanlara sahib ölkələrin tətbiq edəcəkləri tədbirlər məsələsində və siyasi programlarında manevr sahələrinin daha geniş olacağı da aydındır.

Digər tərəfdən, xüsusilə inkişaf etmiş ölkələrin zərbə aldığı bu dövrdə iqtisadi və siyasi problemlərə sahib, inkişaf etməkdə olan ölkələr üçün fərqli imkanların olacağını da unutmamalıyıq.

Orijinal

Tərcümə PİA.az-ındır.