Son xəbərlər

 


Şamaxı Rayon İcra Hakimiyyətinin və Prokurorluğunun müəmmalı münasibəti - Araşdırma

 

“Şah qanun deyil, Qanun şahdır!”

İlham ƏLİYEV

Keçən nömrəmizdə Şamaxı rayonu Sabir qəsəbəsi sakini, 2-ci qrup əlil, şəkər xəstəsi hal-hazırda 16 nəfər ailə üzvüləri ilə bir evdə qeydiyyatda olub və yaşayan Baxışov Qürbət Bəşir oğlu (050-342-22-87) tərəfindən “Sözazdliği.org” onlayn qəzetinin redaksiyasına daxil olmuş şikayət ərizəsini KİV haqqında qanunun və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq araşdırarkən rast gəldiyimiz halları, yəni qanun pozuntusunu özündə təzahür edən faktları Sizlərlə bölüşmüşdük dəyərli oxucularımız.

Məsələnin mahiyətini qısaca olaraq diqqətinizə ərz edək.

Belə ki, Şamaxı Rayon AİK-nın 16 aprel 2001-ci il tarixli, 04 saylı qərarı ilə Şəhriyar qəsəbəsində Şıxıyeva Şəlalə Ağa qızına fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrmışdır. Və ona J N – 441A saylı kod № 41001004. 1 olan, 27 dekabr 2004-cü il tarixdə 7570 nömrə ilə torpaq kadastr kitabında qeyd edilərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. (Şəkil 1)

 

Şamaxı Rayon Aqrar İslahat Komissiyasının başqa bir, 07 noyabr 2006-cı il tarixli, 09 saylı qərarı əsasında Sabir qəsəbəsində Şıxıyeva Şəlalə Ağa qızına fərdi yaşayış evinin tikintisi məqsədilə 1022 kv.m torpaq sahəsi ayrılmışdır.

Dövlət Torpaq Kadastrı kitabında 01.02.2010-cu il tarixdə 677 nömrə ilə uçota alınmış A № 215284 “torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmişdir. Və bu “torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ona 07 fevral 2014-cü il tarixdə Şıxıyeva Şəlalə Ağa qızının adına № 410013014404, qeydiyyat № 291400351, seriya RX № 03188115 saylı Çıxarış verilmişdir. 

 

ŞAMAXI RAYON İCRA HAKİMİYYƏTİ SAXTAKARLIĞI NİYƏ

ÖRT-BASDIR ETMƏYƏ ÇALIŞIR

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə - Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir.

Şıxıyeva Şəlalə Ağa qızına həm Şəhriyar, həm də Sabir qəsəbəsində torpaq payının ayrılmasına səbəb nədir? Bunu bizə izah edən yoxdur. Əksinə həm İcra Hakimiyyəti, həm də hüquq-mühafizə orqanları Şamaxı Rayon AİK-nın qərarına don geyindirməyə çalışırlar. Müəmmalı sual da burada yaranır. Niyə?

Həmin maddənin digər bəndində əlavə torpaq payı almaq hüququ olanların dairəsi açıq şəkildə verilmişdir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına niyə göz yumulur?

 

 Şamaxi Prokurorluğunun Azərbaycan Respublikasının Qnunlarına laqeyd münasibəti haradan qaynaqlanır

Şamaxı Rayon Prokurorluğuna ünvanladığımız 26 sentyabr 2019-cu il tarixli, № S-19/011 saylı; 19 oktyabr 2019-cu il tarixli № S-19/012 saylı, və 03 dekabr 2019-cu il tarixli № S-19/014 saylı sorğu məktubları cox təəssüflər olsun ki, bu günə kimi cavabsız qalıb.

“Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə görə - Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.

Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın 5.1.7-ci bəndinə görə - müvafiq ira hakimiyyəti orqanları və yerli özünüidarə orqanları vətəndaşların informasiya əldə etməsi üçün bərabər imkanların və onların münasibliyinin təmin olunmasını təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2005-ci il tarizli 1024-IIQ saylı Fərmanı ilə təsdiq edilmiş “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə - Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci və 9.1.2. 9.1.2-ci maddələrinə görə - dövlət orqanları və bələdiyyələr, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər informasiya sahibləri sayılırlar.

Yenə də həmin Qanunun 11-ci maddəsinə görə -İnformasiya sahibinin rəhbəri informasiya xidmətlərinin təşkili ilə əlaqədar daxili icraat qaydalarını müəyyənləşdirir, bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə - İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.

Qanunçuluğun icrasına birbaşa nəzarəti həyata keçirən və məsuliyyət daşıyan prokurorluq orqanının özünün Qanuna laqeyd münasibəti başa düşülən deyil.

 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi Ş.A.Şıxıyevanın adına Çıxarışı verərkən “DƏDRX haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sənədlərin ekspertizasını nədən aparmamışdır sualı da çox təəssüflər olsun ki, hələ də açıq qalır.

Sorğu məktublarımız cavablandırılmadığından Sizlərə məlumat verə bilmirik dəyərli oxucularımız.

Şamaxı rayon AİK-nın müvafiq qərarına istinad edən Ərazi idarəsinin diqqətinə “M.Ə.Sabir adına Yerli Aqrar İslahat Komissiyasının 05 noyabr 2006-cı il tarixli 23 saylı iclas protokolundan Çxarışın surətindən göründüyü kimi gündəlikdə duran məsələlər içərisində (2-ci məsələ) qəsəbə sakinlərinin normadan artıq istifadə etdikləri həyətyanı torpaq sahələri onların mülkiyyətinə veriləcək pay torpağından çıxılsın” bəndini çatdırmaq istərdik.

14 saylı Şamaxı Ərazi İdarəsi Ş.A.Şıxıyevanın qanuni istifadəsində olan torpağı hansı sənədə əsasən müəyyən etdi? Çox təəssüflər olsun ki, əlaqədar qurumlar qanunçuluğun tələblərinin kobud şəkildə pozulmasına hələ də göz yummaqdadırlar.

Şamaxı Rayon İHB-nın Sabir qəsəbəsi üzrə icra nümayəndəliyinin 01 mart 2014-cü il tarixli, 103 saylı arayışından görünür ki, Şıxıyeva Şəlalə Ağa qızının adına qəsəbədə islahat aparılana qədər həyətyanı torpaq sahəsi olmamışdır.

Bu iki sənəd Ş.A.Şıxıyevanın qanuni istifadəsində həyətyanı torpaq sahəsinin olmadığını açıq şəkildə sübuta yetirir.

Öz saxta əməllərinə hüquqi don geyindirmək məqsədilə “işbazlar” Şamaxı Rayon İHB-nın Sabir qəsəbəsi üzrə icra nümayəndəliyinin “torpaq kadstrı kitabına”, kitab “Z” işarəsi ilə rəsmi şəkildə bağlandıqdan sonra, Şıxıyava Şəlalə Ağa qızının adına fərdi yaşayış evinin tikintisi məqsədilə 1022 kv.m torpaq sahəsi olmasını yazmışdır...

 1. Şıxıyeva Şəlalə Ağa qızı Şamaxı rayon AİK necə aldatdı ki, hər iki qəsəbədən, yəni həm Şəhriyar qəsəbəsindən, həm də Sabir qəsəbəsindən fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsi ala bildi;

2. Şıxıyeva Şəlalə Ağa qızının bu işlərdən xəbəri yoxdursa bəs kimlər onun adından istifadə edib;

3. Şamaxı Rayon İHB-nın Sabir qəsəbəsi üzrə icra nümayəndəliyinin “torpaq kadstrı kitabına”, kitab “Z” işarəsi ilə rəsmi şəkildə bağlandıqdan sonra, Şıxıyava Şəlalə Ağa qızının adına fərdi yaşayış evinin tikintisi məqsədilə 1022 kv.m torpaq sahəsi olmasını yazılmasını kimlər təşkil etmiş, hal-hazırkı icra nümayəndəsi bu məsələyə hüquqi qiymət verilməsi üçün əlaqədar orqanlara niyə müraciət etməyib;

4. Sabir Bələdiyyəsi qəsəbənin prespektiv inkişafı üçün ayrılmış 20 ha torpaq sahəsinin saxta qərarlarla zəbt olunmasına və həmin torpaq sahələrinin “rəsmiləşdirilməsinə” niyə göz yumur;

Əlaqədar orqanların Azərbaycan Respublikası Qanunlarının Aliyinin qorunması naminə bir-birinə ziddiyyət təşkil edən yuxarıda qeyd edilən sənədləri və bizim əldə edə bilmədiyimiz, yəni sorğumuza cavab verilməyən, halları araşdırıb məsələyə hüquqi qiymət verilməsi ümidi ilə...

 Mənbə:

“Sozazadligi.org”