Son xəbərlər

 


Şəxsiyyət insanın siması, onun identifikatorudur. Şəxsiyyət fərdin davamlı fiziki və psixi xarakteristikasının məcmusudur. Şəxsiyyət gerçəkliyi dərk edib ,onu dəyişdirməyə qadir olan insandır.

Şəxsiyyət biososial varlıqdır. Şəxsiyyətin ən xarakterik cəhətindən biri də onun fərdiyyətidir. Bura onun şəxsi xüsusiyyətləri, individual bacarıq və vərdişləri, fəaliyyət mexanizimləri daxildir. İnsan şəxsiyyəti etibarı ilə təkrarolunmazdır.

Təqvimdə hər bir insanın özəl, ona aid bir günü olur. İnsan özünü bu günün qəhrəmanı hiss edir. Hətta sözlər, sətirlər, cümlələr belə bu günün xüsusiliyini ifadə etməkdə aciz qalır.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə Rusiya Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində də tədbirlər görülmüşdür.

Şimali Osetiya Respublikasında fəaliyyət göstərən Azərbaycan Konqresinin dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri sistemləşdirmək, onların Azərbaycan Respublikasının vətəndaşları və xarici ölkələrdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək istiqamətində gördüyü işlərlə hər zaman gündəmdə olan Konqresin fəxri prezidenti Məmmədov Şahin Nurəddin oğlunun şəxsiyyətə doğru getdiyi yola səyahətlə onu yaxından tanıyaq.

Məmmədov Şahin Nurəddin oğlu –04 yanvar 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. 1977-ci il tarixdə Gəncə şəhərində Məhəmməd Fizuli adına Gəncə şəhər 22 nömrəli orta məktəbin birinci sinfinə qəbul olub, 1987-ci ildə həmin orta məktəbi bitirmişdir. Həmin ili Vladiqafqaz şəhərində Dağ-Mədən Metallurgiya texnikumuna daxil olmuşdur. 1989-cu il tarixdə həmin texnikumu bitirərək, Gəncə şəhərində hərbi komissarlıq təeəfindən hərbi xidmətə çağırılmış, hərbi xidmətini taleyin bir şansı olaraq, elə Vladiqafqaz şəhərində keçmişdir. 1991-ci il tarixində hərbi xidmətini başa vurduqdan sonra həmin hərbi hissədə 18-cu diviziyada Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu - müqavilə əsasında işləyən kiçik komandir heyətinin tərkibində proporşik rütbəsində xidmətə başlamışdır.

Orta məktəbdə təhsil aldığı illərdən ali təhsil almağı qarşısına məqsəd qoyan Şahin müəllim 1995-ci ildə Şimali Qafqaz Metallurgiya Universitetinin hüquq fakultəsinə daxil olmuş və 2000-ci il tarixdə həmin Universiteti bitirərək. O, təhsilini davam etdirməklə yanaşı 2-ci Cecen müharıbəsində terrorçuıara qarşı mübarizədə inamla xidmət göstərmişdir. Müharibədə göstərdiyi şücaətinə görə Şahin Məmmədov Rusiya Federasiyasının Prezidenti tərəfindən “Kişilik” medalı ilə təltif edilmişdir. 2002-ci ildə Şahin Məmmədov layiqli xidmətlərinə görə vaxtından əvvəl polkovnik-leytenant hərbi rütbəsi ilə təltif edilir.

19-cu diviziyada sıravi əskər kimi hərbi xidmətə başlamış həmyerlimiz 2005-ci ildə polkovnik rütbəsinə layiq görülərək 58-ci ordunun briqadasında ən yüksək postlardan birinin rəisi vəzifəsinə qədər yüksəlir.

Şahin Məmmədov 2011-ci ildən Şimali Osetiya - Alaniya Respublikasının “Azərbaycanlılar Konqresinin” sədri kimi diasporada fəaliyyətə başlayıb, 2015-ci ildən Ümumrusiya Azərbaycan Konqresinin fəxri prezidenti olub, 2017-ci ildən bu günə kimi Şimali Osetiya Respublikasının Ombudsmanın millətlər üzrə 1-ci müavini vəzifəsində çalışır.

Yaşa! Sev! Gül! Bunlar əskik olmasın yaşamından. Yaşın neçə olursa olsun hər şeyin ən gözəli səninlə olsun. Xoşbəxt gələcəyə və həyat dolu yaşlara. 50 illik Yubileyin xeyirli olsun.

 Hazırladı: Elçin Şükür

Şimali Osetiya - Alaniya Respubilkası

"Azərbaycanlılar Konqresinin" mətbuat xidmətinin rəhbəri