Son xəbərlər

 


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Administrasiyasında İdliblə bağlı təcili toplantı keçirib.

 

“Anadolu” agentliyi xəbər verir ki, iclas mətbuata qapalı keçirilib. Görüş təxminən 6 saat davam edib.

Toplantıda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak ediblər.