Son xəbərlər

 


Türkiyə ordusunun İdlibdə Suriya rejimi qüvvələrinə endirdiyi sarsıdıcı zərbələrə dair görüntülər yayılıb.

 

Dünən axşam Rusiya Hava Kosmik Qüvvələrinin zərbələri nəticəsində azı 34 Türkiyə hərbçisinin həlak olmasına cavab olaraq Ankara Əsəd qüvvələrinə şiddətli cavab zərbələri endirməyə başlayıb. Hücumu Suriya ilə sərhəddəki komanda mərkəzindən müdafiə naziri Hulusi Akar şəxsən koordinasiya edir.

 

“Anadolu” agentliyinin Telegram-kanalında yerləşdirilmiş videogörüntülərə əsasən Türkiyənin zərbə pilotsuz təyyarələri, o cümlədən raket-artilleriya sistemləri bir-birinin ardınca Suriya ordusunun canlı qüvvəsinə, zirehli texnikasına, qərargahlarına və sursat anbarlarına zərbələr endirir. Bu zərbələrin nəticəsində çoxlu sayda Suriya əsgərlərinin öldüyü görünür.

Müdafiə naziri Hulusi Akar bəyan edib ki, dünən gecədən bəri Suriya rejimi qüvvələrinin İdlibdəki mövqelərinə endirilən kütləvi zərbələr nəticəsində "Buk" və "Pantsir" zenit-raket kompleksləri, 23 tank, bir  o qədər sayda artilleriya qurğusu, habelə 5 vertolyot məhv edilib. Onun sözlərinə görə, zərbələr pilotsuz təyyarələrdən və raket-artilleriya sistemlərindən endirilib.(Virtualaz.org)