Son xəbərlər

 

Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədova –

AÇIQ MƏKTUB

 

 Hörmətli Tahir müəllim!

Şamaxı Rayon İcra Hakimiyyəti aparatının internet resuslarında əlaqə vasitəsi kimi yerləşdirmiş olduğu mail@shamaxi-ih.gov.az əlaqə vasitəsinə sorğu məktubu ünvanlamışdıq. (Sorğu 015 Şamaxı RİH.docx 3 декабря 2019, 10:47 Кому: mail@shamaxi-ih.gov.az).

10 fevral 2020-ci il tarixdə (ss651943172az) poçt vasitəsilə 10 fevral 2020-ci il tarixli, № S-20/002 nömrəli sorğu məktubu ilə yenidən Sizə müraciət etsək də bu günə kimi sorğumuza cavab verilməmişdir.

Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməyiniz Ölkə başçısının kadr islahatlarının başlanğıcına təsadüf edir. Azərbaycan Respublikasının Qanunlarına laqeyd münasibətiniz isə Sizə göstərilən etimadı doğrultmamağınız təsəvvürünü yaradır.

Bu günkü Azərbaycan Respublikasının Memarı, Ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Konstitusiyanın 50-ci maddəsi: Məlumat azadlığı

II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən (7 dekabr 1999-cu il № 769-IQ) təsdiq edilmiş “Kütləvi İnformasiya Vasitələri Haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi: “Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ”

Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.

Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər.

İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.

Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai

birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 30 sentyabr 2005-ci il tarixli, № 1024-IIQ nömrəli fərmanı təsdiq edilmiş “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsi: İnformasiya sorğusunun icra müddəti (“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu tam olaraq oxuyub əxz etməyiniz daha yaxşı olar)

24.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.

24.2. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

24.3. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin:

3.14. Kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət sahələrində:

3.14.1. yerli icra hakimiyyətinin kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətini təşkil edir;

3.14.2. müvafiq ərazidə informasiyanın azad dövriyyəsinin təmin olunması, məlumatın azad şəkildə axtarılması, əldə edilməsi, istehsalı və yayılması üçün şərait yaradır;

3.14.3. şəhərin, rayonun və şəhər rayonunun sosial-iqtisadi inkişafının təşviqinə dair kütləvi informasiya vasitələrinin proqram və layihələrinin həyata keçirilməsinə şərait yaradır;

3.14.4. müvafiq ərazidə ictimai-siyasi vəziyyət barədə məlumatın toplanmasını və təhlilini təşkil edir, mövcud tendensiyaları müəyyənləşdirir və təkliflərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edir.

Hörmətli Tahir müəllim!

Azərbaycan Respublikası Qanunlarına və qanunçuluq aktlarına qısaca olaraq nəzər saldıqdan sonra keçək məsələnin əsas mahiyyətinə.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Şamaxı Rayon Aqrar İslahat Komissiyası Şamaxı rayon sakini Şıxıyeva Şəlalə Ağa qızının adına 16 aprel 2001-ci il tarixli, 04 saylı qərarı ilə Şəhriyar qəsəbəsində 600 kv.m, 07.11.2006-cı il tarixli, 09 saylı qərarı əsasında isə Sabir qəsəbəsində 1022 kv.m fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsi ayırmışdır.

“Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə görə - hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər...

Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq bu bu informasiyanın araşdırılıb hüquqi qiymət verilməsi, nəticəsi barədə redaksiyamıza məlumat verilməsi üçün göstəriş verməyinizi xahiş edirik.

Öncədən öz təşəkkürümüzü bildiririk.

Sozazadligi.org