Son xəbərlər

 


Türkiyə hərbçiləri ilə danışıqlar konstruktiv keçib.

 

Yerli KİV-ə istinadən bildiririk ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, danışıqların nəticələri İdlib böhranına dair Rusiya və Türkiyə prezidentləri arasında martın 5-də Moskvada əldə edilmiş bütün razılaşmaları reallaşdırmağa imkan verir. Məlumata əsasən, Rusiya və Türkiyə martın 15-də M4 yolunda ilk birgə patrul xidməti həyata keçirəcəklər.

Xatırladaq ki, Türkiyə və Rusiya hərbçiləri Ankarada danışıqlar aparıb və İdlib bölgəsində vəziyyətin nizama salınmasına dair saziş imzalayıblar.(Virtualaz.org)