Son xəbərlər

 


MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib...

 

Oktyabrın 11-də Aşqabadda məhdud tərkibdə iclas başa çatandan sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentİlham Əliyev iclasda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevə Türkmənistanın “Bitərəflik” ordenini təqdim edib.

Azərbaycanın Rusiyadakı səfiri, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşıq üzrə Hökumətlərarası Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu Fondun “Humanitar əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalını Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edib.

İclasda bir sıra sənədlər, o cümlədən “Strateji iqtisadi əməkdaşlıq haqqında” bəyannamə imzalanıb.

***

Daha sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

Azərbaycan Prezidentİlham Əliyev qəbulda iştirak edib.

***

Bununla da Azərbaycan Respublikasının Prezidentİlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb.

***

Saat 14:37

Oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidentİlham Əliyev iclasda iştirak edib.