Son xəbərlər



Son 12 ayda Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş əldə edilməyib.

 TASS-a istinadən bildiririk ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının kürsüsündən çıxış edərkən deyib.

Nazir bildirib: "Qeyd etmək vacibdir ki, ötən il BMT Baş Assambleyasının ümumi siyasi müzakirəsindən bəri, son iki ildə iki ölkə liderləri arasında birbaşa təmaslara və xarici işlər nazirlərinin görüşünə baxmayaraq, münaqişənin siyasi həllində heç bir irəliləyiş əldə olunmadı".

Onun fikrincə, bunun səbəbi "Ermənistan rəhbərliyinin münaqişənin sülh yolu ilə həllinə səmimi maraq göstərməməsidir": "Yerevan, əksinə, bəyanatları və hərəkətləri ilə bu prosesi sarsıdır və ən qısa zamanda sülh yolu ilə həll cəhdlərinin qarşısını alır."

"Azərbaycan münaqişənin sürətli siyasi həllinə sadiq qalır" deyən Məmmədyarov, daha sonra bildirib: “Danışıqlar sonsuzadək davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etməsinə və saxlanılmasına xidmət etməməlidir. O, həmçinin BMT Nizamnaməsi və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə hüququnun tətbiqinə xələl gətirməməlidir”.(Virtualaz.org)