Son xəbərlər



İstisna hal olmasa, iyun ayında iki növbədənkənar iclasın keçirilməsi nəzərdə tutulur.

İlk növbədənkənar iclasın iyunun 11-də, ikinci və sonuncu növbədənkənar iclasın isə iyunun 28-də keçirilməsi gözlənilir.

Növbədənkənar iclaslarda “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci və üçüncü (sonuncu) oxunuşlarda, o cümlədən, “Aqrar sığorta haqqında” qanun layihəsinin ən azı ikinci oxunuşda müzakirəsi planlaşdırılır.

İclaslarda bir sıra qanun və məcəllələrə dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin müzakirəsi qərarlaşdırılır.

Sonuncu növbədənkənar iclasdan sonra millət vəkilləri yay tətilinə çıxacaq, bir də sentyabrın 15-də, növbəti payız sessiyasının komitə iclaslarının başlayacağı gün işə qayıdacaqlar.

Payız sessiyası oktyabrın 1-də başlayacaq.(oxu.az)

Sozazadligi.org



İran ətrafında həlqə daralır

Amerika Birləşmiş Ştatlarının (ABŞ) islam respublikasına təzyiqləri artırır. Ağır iqtisadi sanksiyalara müharibə təhdidləri də əlavə olunub. Lakin ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlayacağı ehtimalı azdır. Hesab olunur ki, ABŞ İranı daxildən çökdürməyə çalışacaq. Etnik zəmində münaqişələrin başlanacağı ehtimal edilir.

Ardını oxu...