Son xəbərlər

 


Hazırda sanksiyalar barədə qanun layihəsi hazırlanır...

ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar Suriyanın şimalında Ankaranın həyata keçirdiyi antiterror əməliyyatına görə Türkiyəyə qarşı sanksiyalar barədə qanun layihəsi hazırlayır.

“Report” Rusiya KİV-nə istinadən xəbər verirki, bu barədə konqresmen Liz Çeynin açıqlamasında qeyd olunub.

“Türkiyə PrezidentRəcəb Tayyib Ərdoğan və onun rejimi kürd müttəfiqlərimizə qarşı amansız hücumlara görə ciddi nəticələrlə üzləşməlidir” deyə, o bildirib.

Onun sözlərinə görə, bu sanksiyalar təkcə Türkiyənin Suriyanın şimalındakı əməliyyatına cavab deyil, eyni zamanda bu ölkənin ABŞ-ın Rusiya kimi rəqibləri ilə əməkdaşlığına reaksiyadır.

“Əgər Türkiyə onunla müttəfiq kimi davranılmasını istəyirsə, deməli, buna uyğun davranmalıdır”.