Son xəbərlər

 


İclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir...

 

Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilir.

"Report" "Sputnik-Qazaxıstan"a istinadən xəbər verir ki, sammitin gündəliyinə növbəti iclasın keçirilməsi barədə qərar qəbul edilməsi, həmçinin birliyin gələcək sədrinin seçilməsi daxildir.

Azərbaycan Prezidentİlham Əliyev iclasda iştirak edir.

MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasından sonra bir sıra çoxtərəfli sənədlərin, o cümlədən Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə əlaqədar birlik xalqlarına və dünya birliyinə müraciətin imzalanması planlaşdırılır.

Qeyd edək ki, 2019-cu ildə Müstəqil Dövlətlər Birliyinə Türkmənistan sədrlik edir.