Son xəbərlər

 


“Bu vəzifəyə seçilmək mənim üçün böyük şərəfdir. Mənə etimad göstərib bu vəzifəyə namizədliyimi Milli Məclisə təqdim etdiyinə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm”.

 

Bunu parlamentin bugünkü plenar iclasında 104 səslə Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) seçilən Səbinə Əliyeva deyib.

S.Əliyeva ona səs verən bütün deputatlara təşəkkür edib: “Sizi əmin etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və ölkə başçısı İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün bütün səylərimi əsirgəməyəcəm”.

 

*   *   *12:54

Milli Məclis plenar iclasda  Azərbaycanın yeni Ombudsmanını seçdi.

Virtualaz.org xəbər verir ki, Səbinə Əliyeva ölkənin yeni ombudsmanı seçilib.

O, millət vəkillərinin səsverməsi nəticəsində 104 səslə təyin olunub.

Qeyd edək ki, S. Əliyeva Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzun həyat yoldaşıdır.