Son xəbərlər

 


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib...

Təbrikdə deyilir: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk.

Bizim aramızda yaranmış etimad və qarşılıqlı anlaşma mənim üçün həqiqətən çox qiymətlidir. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə birgə səmərəli işimiz davam edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar diləyirəm. Ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".

Qeyd edək ki, İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.