Son xəbərlər

 

“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bu gün Şimali Osetiya Azərbaycan Konqresinin Mərkəzi ofisində Konqresin fəxri Prezidenti Şahin Məmmədovun, Konqresin sədri Murtaza Gülməmmədovun, Konqresin Ağsaqqallar Şurasının sədri Ələkbər Quliyevin, Konqresin Gənclər Təşkilatının sədri Zaur Mamedovun, Konqresin mətbuat xidmətinin rəhbəri Elçin Şükürün və diospora üzvülərinn iştirakı ilə Prezident İlham Əliyev cənablarının Ad Günü münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə Şimali Osetiya Respublikası Azərbaycan Konqresinin fəxri Prezidenti Şahin Məmmədov açaraq qısa da olsa Azərbaycan tarixində İlhamƏliyev epoxasından danışdı:

MÖHTƏRƏM PREZİDENTİMİZ!

Səmərəli fəaliyyətiniz, Prezident-vətəndaş münasibətləri ölkəmizin inkişafı ilə yanaşı cəmiyyətdə etimad mühitinin formalaşmasında da əsas amil olmaqla bərabər Azərbaycan vətəndaşlarının üzləşdiyi problemlərin həllində də mühüm rol oynamışdır.

Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rola malik Azərbaycanla 2012-ci ildə Türkiyə arasında dünyanın ən böyük enerji layihələrindən olan TANAP layihəsinin icrasına başlanması da Sizin proqmatik siyasətinizin təzahürüdür. 2013-cü ildə imzalanmış “Şahdəniz-2” üzrə yekun investisiya qərarı isə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək. Nəhayət, 2014-cü il sentyabrın 20-də Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan başqa bir möhtəşəm hadisə baş verdi - XXI əsrin qlobal enerji layihəsi adlandırılan “Cənub” qaz dəhlizinin təməli qoyuldu. Əlbəttə, bu cür böyük layihələrin həyata keçirilməsi xalqımızın rifahını daha da yaxşılaşdırmaqla yanaşı, Azərbaycanı çox önəmli beynəlxalq oyunçuya, həlledici söz sahibinə çevirir, ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edir.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcəkdir. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycan dünya iqtisadiyyatında mövqeyini gücləndirəcək və yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır. Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.

MÖHTƏRƏM PREZİDENTİMİZ!

Geosiyasi məkanda xüsusis çəkiyə malik olan Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə inkişafı yolunda Sizə uğurlar diləyirik!

Ad gününüz mübarək!

 

Hazırladı: Elçin Şükür

Şimali Osetiya – Alaniya Respublikası

“Azərbaycanlılar Konqresinin” mətbuat xidmətinin rəhbəri