Son xəbərlər

 



Keçən il ərzində ikitərəfli və çoxtərəfli əsasda bir çox qarşılıqlı rəsmi və işgüzar səfərlər baş tutub. İl ərzində Azərbaycan Respublikasının Prezidenti İsveçrə, Avstriya, Çin, Belçika, Rusiya, Türkmənistan və Türkiyəyə rəsmi və işgüzar səfərlər həyata keçirib...

 

Bu barədə Xarici İşlər Nazirliyinin ötən ilin yekunların dair yaydığı mətbuat buraxılışında qeyd olunub.

Bildirilir ki, eyni zamanda, Albaniya, Bosniya və Herseqovina, Zimbabve, Gürcüstan, Əfqanıstan, Monteneqro, Moldova, İsveçrə, Ruanda, PolşaQazaxıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Əlcəzair, Kuba, Cibuti, Qana, İran, Namibiya, Pakistan, Venesuela, Türkmənistan, Esvatini, Ekvatorial Qvineya, Liviya və Sudanın dövlət başçıları ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Fransa və Rusiyaya rəsmi və işgüzar səfərləri baş tutub, eyni zamanda Hindistan və Vyetnamın vitse-prezidentləri Azərbaycanda rəsmi səfərdə olublar.

Azərbaycanın Baş naziri Türkmənistan, Səudiyyə Ərəbistanı, Tacikistan, RusiyaQazaxıstan və Böyük Britaniyada işgüzar səfərdə olub. Öz növbəsində, Monteneqro, Qazaxıstan, Gürcüstan, Macarıstan, Liviya, Malayziya hökumət başçıları, həmçinin Xorvatiya, Bolqarıstan və Belarus Respublikası Baş nazirlərinin müavinləri ölkəmizə rəsmi və işgüzar səfərlər həyata keçiriblər.

Azərbaycanın Xarici İşlər naziri Türkiyə, ABŞRusiya, Bolqarıstan, Belçika, Almaniya, Fransa, İranQətər, Çili, Argentina, Uruqvay, Paraqvay, Polşa, Peru, İtaliya, İsveç, Macarıstan, Türkmənistan və Latviyaya rəsmi və işgüzar səfərlər edir. Eyni zamanda, Türkiyə, Rusiya, İsveçrə, İranİraq, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Slovakiya, Qırğızıstan, Qazaxıstan, Macarıstan, Maldiv, Misir, Serbiya, Qana, Monteneqro, Xorvatiya, Uruqvay, Venesuela, Kuba, Fələstin, Küveyt, Sinqapur, Zambiya, Niger və Şri Lankanın xarici işlər nazirləri, həmçinin İsveçrə, Gürcüstan, Yaponiya, Keniya, Cənubi Afrika, Səudiyyə Ərəbistanı və Efiopiyanın xarici işlər nazirlərinin müavinləri Azərbaycana rəsmi və işgüzar səfərlər həyata keçiriblər”.