Son xəbərlər

 


Yanvarın 29-30 da Cenevrədə nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşü keçiriləcək...

 

Ermənistan mətbuatında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək növbəti görüşün yeri və vaxtı ilə bağlı məlumat yayılıb.

Qeyd edilib ki, yanvarın 29-30 da Cenevrədə nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşü keçiriləcək.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumatı təsdiq edib.