Son xəbərlər

 
“Bu gün bəşər tarixinin ən qaranlıq səhifələrindən biri olan Holokostun anım günüdür. Azərbaycan dini etiqadına və ya etnik mənsubiyyətinə görə insanlara qarşı zorakılığı qətiyyətlə pisləyir”.
 
Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilib.
 
“Bəşəriyyətə qarşı cinayətlər, soyqırımı aktları və nasizmin təbliği yolverilməzdir”, - deyə qeyd olunub.