Son xəbərlər

 


“LUKOİL” Xəzər dənizinin Rusiya sektorunun qərb hissəsindəki üç əraziyə geoloji kəşfiyyat üçün giriş əldə etmək istəyir.

 

“Kommersant”ın yaydığı xəbərə görə, şirkətin rəhbəri Vaqif Ələkbərov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə bu barədə məktub göndərib.

Bu ərazilər Tyuleniy adasının yaxınlığında yerləşir. Növbəti üç ildə şirkət orada dörd kəşfiyyat quyusu qazmağı və üç min kvadratmetr ərazidə 3D seysmik tədqiqatlar aparmağı planlaşdırır.

Bununla yanaşı, V.Ələkbərov 2016-cı ildə Təbii Sərvətlər Nazirliyi tərəfindən tətbiq olunan deklarativ prinsipdən istifadə etməyi təklif edib. Lisenziya ilə şirkət istədiyi ərazidə təklif verilmədən geoloji kəşfiyyata başlaya bilər.

Sonradan digər şirkətlər həmin ərazi üçün müraciət edə bilməzlər.

Oxu.az xatırladır ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “LUKOİL” şirkəti Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda Xəzərin Azərbaycan sektorundakı perspektivli yataqların kəşfiyyatı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.