Son xəbərlər

 


Sabahkı seçki ilə bağlı bilməli olduğunuz vacib məlumatlar...

 

“Seçkilərdə texnologiyalardan necə istifadə olunacaq? MSK-nın (Mərkəzi Seçki Komissiyası) hansı elektron xidmətləri var? Yeni nəsil şəxsiyyət vəsiqələrindəki ünvanla MSK siyahısındakı ünvan üst-üstə düşürmü?”

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. O, sözlərinə belə davam edib:

“1. Bəzi vətəndaşlar bildirirlər ki, yeni nəsil şəxsiyyət vəsiqəsi alanlarla və son dövrlərdə yeni mənzillərdə qedyiyyata düşənlərlə MSK-nın seçicilərlə bağlı Data bazasında olan ünvanlar bir sıra hallarda üs-üstə düşmür.

Yeni nəsil şəxsiyyət vəsiqəsini “çip oxuyan” cihazla oxutduqda vətəndaşın yeni ünvanı, MSK bazasında isə bəzi hallarda köhnə ünvanı qeyd olunub.

Ötən ilin sonunda keçirilən bələdiyyə seçkilərində MSK bir milyon vətəndaşın yeni nəsil şəxsiyyət vəsiqəsi aldığını və məntəqələrin kart oxuyan avadanlıqlarla təmin olunduğunu bildirmişdi.

Məlum olduğu kimi yeni nəsil şəxsiyyət vəsiqəsində ünvan qeyd olunmayıb, bu məlumatlar çipdə yerləşdirilib.

Ünvanlarla bağlı fərqlilik onu göstərir ki MSK-dakı seçici bazası vətəndaşların qeydiyyatı ilə bağlı əsas məlumat bazası olan DİN-nin İAMAS sisteminə inteqrasiya olunmayıb. Güman ki manual olaraq yenilənmə aparılır.