Son xəbərlər

 


Bir qrup deputatlığa namizədin Bakıda Mərkəzi Seçki Komissisiyasının (MSK) inzibati binasının qarşısında keçirdiyi etiraz aksiyasından öncə saxlanılaraq Şamaxıda sərbəst buraxılan ReAl Partiyasının sədri İlqar Məmmədov açıqlama verib...

 

İ.Məmmədov deyib ki, bu, sərbəst toplaşma azadlığının kobud pozulmasıdır.

ReAl sədri qeyd edib ki, bununla bağlı məhkəməyə müraciət olunacaq: “Bütün bunlar göstərdi ki, növbədənkənar parlament seçkilərində aktiv iştirakımız legitimliyə zərbə oldu. Bizim bu seçkilərdə haqqımız pozulub, etiraz etdikdə isə indiyədək görünməyən miqyasda tədbirlər gördülər, bizi Bakıdan çıxardılar.Hər kəs bilir ki, seçki necə keçirilib, rəqiblərə qarşı hansı addımlar atılıb. Biz aksiyaların davam etdirilib-etdirilməməsi ilə bağlı müzakirələrdən sonra qərar verəcəyik”.