Son xəbərlər

 


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirak etdiyi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələr beynəlxalq ekspertlərin reaksiyasına səbəb olmağa davam edir...

 

Əlavə diqqəti “Münhen prinsipləri”ni paylaşan Ermənistanın Baş naziri özündə cəmləşdirib. Ermənistan lideri Azərbaycan Prezidentİlham Əliyevlə özü üçün uğursuz olan debatındakı (analitiklər, o cümlədən erməni təhlilçilərin əksəriyyəti Nikol Paşinyanın çıxışını belə qiymətləndirib) tezisləri qısaca təqdim etməyə çalışıb.

Onların mahiyyəti nədir? Nikol Paşinyan Dağlıq Qarabağın separatçı rejiminin münaqişə və danışıqlar tərəfi olduğu barədə yazıb. Ancaq o, Dağlıq Qarabağın azərbaycanlı icması barədə xatırlatmayıb. Paşinyan erməni tərəfinin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş əraziləri də azad etmək istəmədiyini bəyan edib, çünki Dağlıq Qarabağın separatçı rejimi “öz təhlükəsizliyindən keçə bilmir”.

Media.az tanınmış rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, Rusiya Federasiyasının İctimai Palatasının üzvü və Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Sergey Markovla söhbət edib:

- Ən başlıcası odur ki, Ermənistan-AzərbaycanDağlıq Qarabağ münaqişəsinin nizamlanması region üçün mütləq vacibdir. Əsas ziddiyyət bundan ibarətdir ki, indi fərqli güc nisbəti mövcuddur. Azərbaycan 30 il əvvəl olduğu kimi deyil. Əlbəttə ki, Bakı Qarabağın və ətraf rayonların qaytarılmasını tələb edəcək.

“DQR”, Azərbaycanın işğal olunmuş digər rayonları kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Onlar Azərbaycanın ayrılmaz hissəsidir. Məhz Azərbaycan dinc və ya hərbi yolla onları qaytarmaq hüququna malikdir.

Dağlıq Qarabağda və ətraf ərazilərdə kütləvi etnik təmizləmə aparıldığı, azərbaycanlıların qovulduğu açıq-aydın görünür. Deməli, Qarabağın “müstəqilliyini” tanımaqdan söhbət belə gedə bilməz. Etnik təmizləmənin nəticələri tanına bilməz.