Son xəbərlər

 


Bütöv Erməni Milli Tərəqqi təşkilatının həmsədri Lusine Aroyan-Dəlləkyan, Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə debat zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın biabırcasına məğlub olduğunu bəyan edib...

 

Onun dediyinə görə, Paşinyan sualların heç birinə tam cavab verə bilməyib.

Lusine Aroyan-Dəlləkyan Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb: "Mətbuat konfransını izlədim. Biz biabırcasına uduzduq. Əgər erməni olmasaydım, Əliyevə inanardım. O yaxşı hazırlaşmışdı, jestlərin dili savadlı seçilmişdi. Paşinyan nə bir suala tam cavab verdi, nə də əks-zərbələr vurdu”.

"Əliyev öz xeyrinə onu oynadı ki, Qarabağ Azərbaycanın tərkibindədir. Paşinyan bu sahədə lazımlı biliklərə malik deyildi və yarımçıq cavabları onu gülməli vəziyyətə qoydu. O həmçinin Dağlıq Qarabağın Azərbaycan tərkibində saxlanılmasının qeyri-mümkünlüyü barədə heç nə deyə bilmədi. Yaxşı ki, sonra köməyinə Böyük Tiqran yetişdi. Amma qələbə artıq Əliyevin tərəfində idi",-deyə “Vestnik Kavkaza” Lusine Aroyan-Dəlləkyandan sitat gətirib.

Siyasətçi əlavə edib ki, Paşinyan Xankəndinin tarixi ilə bağlı da heç bir söz deməyib və izləyicilərdən ona "mikroinqilabları" barədə sual vermələrini istəməklə özü barədə acınacaqlı zəif elçi təəssüratı yaradıb.(virtualaz.org)