Son xəbərlər

 


"Suriyanın İdlib şəhəri ilə bağlı problemi həll etmək üçün Türkiyə və Rusiya nümayəndə heyətlərinin Mosvada keçirilən görüşü nəticəsiz başa çatıb. Çünki təklif olunan variant bizi qətiyyən qane etmir".

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında deyib.

"Təəssüflər olsun ki, indiyə qədər istədiyimiz nəticəni əldə edə bilməmişik. Türkiyə İdlib məsələsində özünün planını həyata keçirmək üçün bütün hazırlıqlarını görüb. Hər an əməliyyatlara başlaya bilərik. Daha açıq formada desəm, İdlibdə əməliyyatlar hər an başlaya bilər",-deyə Türkiyə lideri bildirib.

R.T.Ərdoğan onu da vurğulayıb ki, Suriyada Bəşər Əsədə sadiq qüvvələrin hücumları nəticəsində son günlər Türkiyənin 15 əsgəri şəhid olub, daha 45 hərbçi yaralanıb.