Son xəbərlər

 


“Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir”.

 

Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva yazıb.

“İnstagram” hesabı vasitəsilə paylaşım edən Birinci vitse-prezident soyqırımla bağlı fikirlərini bölüşüb: “Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.(Virtualaz.org)