Son xəbərlər

 


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini Vitse-prezident Fuad Oktaya təhvil verib.

 

Bu barədə “Resmi gazete”də dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Serbiyaya səfəri ilə əlaqədardır.
Bildirilir ki, R.T.Ərdoğanın Serbiyaya səfəri 7-8 oktyabr tarixlərində baş tutacaq.

Trend xatırladaq ki, R.T.Ərdoğan sonuncu dəfə səlahiyyətlərini 8-29 iyun tarixlərində-G20 ölkələrinin Osaka şəhərində keçirilən zirvə toplantısına gedərkən təhvil vermişdi.