Son xəbərlər


Kanadanın Qərbi Ontario Universitetinin alimləri 20 dəqiqə davam edən gəzintinin beyinin işini səhərlər içilən bir fincan qəhvə ilə eyni dərəcədə yaxşılaşdırmağa qadir olduğunu müəyyən ediblər.

Bu barədə “MedicalXpress”də yerləşdirilən press-relizdə deyilir.

Tədqiqatda 30 nəfər kofeman və 29 nəfər kofe içməyən insan iştirak edib. Könüllülər bir aerob məşq tsikli yerinə yetirir, yaxud da bir fincan kofeyə ekvivalent olan kofein dozası qəbul edirdilər. Bundan sonra insana hazırda işlədiyi informasiyanı yadda saxlamağa kömək edən xüsusi test edilirdi.  

Məlum oldu ki, sürətli və qısa gəzinti yaddaşa kofein qədər (hətta daha çox) təsir edir. Bu nəticə kofe sevənlər, həm də onu içməyənlər üçün eyni olub.

Nəticələr kofeinin istifadəsi zərərli olan insanlar üçün faydalı ola bilər, məsələn, əzələlərin tremorundan əziyyət çəkənlər üçün.

Sozazadligi.org




Binəqədi rayonu 8-ci mikrorayon ərazisində ağac kəsintisi faktı olmayıb.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı ərazidə ağac kəsintisi faktının olmadığı müəyyənləşib.

ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin jurnalistlərə bildirib ki, sözügedən ərazidə qeyri-yaşayış binasının tikintisi məqsədilə tikinti altına düşən müxtəlif cinsli yeddi ağacın köçürülməsinə Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib və ağaclar “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin mütəxəssisləri tərəfindən budanaraq, 2 saylı Yaşıllaşdırma İdarəsinin ərazisinə köçürülüb.

Xatırladaq ki, ötən gün Binəqədi rayonu Nəcəf Nərimanov küçəsi 87 ünvanında, binaların qarşısında yerləşən parkda ağacların kəsildiyinə dair video material daxil olub. Görüntülərdə ərazidə beş ağacın məhv edildiyi görünürdü.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov faktı təsdiqləyib və bununla bağlı araşdırma başladıldığını deyib.


Sozazadligi.org


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.

Virtualaz.org-un xəbərinə görə, nazirliyin bununla bağlı açıqlamasında deyilir:

"2019-cu ilin dekabr ayında Çin Xalq Respublikasının Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanmış və insandan insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edilib.

Çin Xalq Respublikasının Milli Səhiyyə Komitəsinin 24 yanvar 2020-ci il tarixli məlumatına əsasən, 177 nəfərin vəziyyəti kritik olmaqla 830 nəfər sözügedən virusa yoluxmuş və 25 nəfər vəfat edib. Çinin Uxan şəhərində karantin elan edilib:

Ümumdünya Səhiyyə Təşkilatı kəskin respirator xəstəliklərin yayılması riskinin azaldılması məqsədilə aşağıdakıları tövsiyə edir:

1) kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasdan çəkinmək;

2) xəstə insanlarla və ya onların mühiti ilə birbaşa təmasdan sonra əlləri yumaq;

3) canlı/ölü vəhşi və ya kənd təsərrüfatı heyvanları ilə yaxın təmasdan çəkinmək;

4) kəskin respirator xəstəliklər simptomu olan səyahətçilər öskürək etiketinə əməletməlidirlər (məsafə saxlanılmalı, öskürək zamanı ağzı bağlamaq və əlləri yumaq).

5) yaranmış vəziyyətlə bağlı təşvişə düşməmək;

6) sözügedən xəstəliklə bağlı hansısa simptomlar müşahidə edildiyi təqdirdə birbaşa müvafiq tibb müəssisəsinə müraciət etmək.

Çinə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur".

Bundan başqa, Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çin Xalq Respublikasının müvafiq səhiyyə qurumlarına və Azərbaycan Respublikasının Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi

Ünvan: 100600, Qijayuan Diplomatic Compound, Villa B-3-3, Beijing, China

Tel: (+8610) 65 32 46 14

Faks: (+8610) 65 32 46 15

E-mail: mailbox@azerbembassy.org.cn

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Ünvan: Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 50, AZ 1009

Tel: +994 (12) 596 90 00

Faks: +994 (12) 596 90 01

E-mail: katiblik@mfa.gov.az

Sozazadligi.org



22 yanvar səhərini Bakıda minlərlə kasıb ailə gözləyirdi. "Elektron İpoteka və Kredit Zəmanət Sistemi" portalında kirayə mənzil almaq mexanizmi çərçivəsində qeydiyyata alınma düz saat 10: 00-da başlamalı idi. Ancaq qeydiyyatın başlamasından yarım saat əvvəl sayt çökdü və mənzillərin seçilməsi qaydası qeyri-müəyyən müddətə təxirə salındı.

Ardını oxu...