Son xəbərlər


Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Trend-ə bildirilib ki, araşdırma zamanı “Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti altına düşən ağacların köçürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza İdarəsi tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı və ağacların bir qisminin kəsildiyi aşkar edilib.

Faktla bağlı icraçı “Bayburd” tikinti şirkəti barəsində protokol tərtib edilib və şirkət 26760 manat məbləğində cərimə olunub.

Sozazadligi.org


Çin ərazisində yayılmağa başlayan və insandan insana keçdiyi təsdiqlənən yeni koronavirus Rusiya əhalisi üçün bioloji təhdid təşkil edir. Virtualaz.org xəbər verir ki, belə bəyanatla Rusiyanın səhiyyə nazirinin müavini Sergey Kraevoy çıxış edib.

Dövlət Dumasında çıxış edən nazir müavini bildirib ki, Çində koronavirusun səbəb olduğu infeksiya ölkə əhalisinin məruz qala biləcəyi bioloji təhlükəyə misaldır.

Ümumdünya Səhiyyə Təşkilatının Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç isə “İnterfaks”a bildirib ki, təşkilat Çində yayılan yeni virusu donuz qripi, Ebola qızdırması və poliomielitin yaratdığı təhlükə ilə müqayisə edir. Onun sözlərinə görə, sabah yanvarın 22-də ÜST-nin xüsusi komitəsi həmin virusla bağlı fövqəladə toplantı keçirəcək. Toplantıda virusla bağlı dünya miqyaslı fövqəladə situasiya elan edib-etməmək məsələsi müzakirə olunacaq. Habelə yaranmış vəziyyətdə görüləcək tədbirlər nəzərdən keçiriləcək.

ÜST fəaliyyət göstərdiyi vaxtda indiyədək cəmi beş dəfə dünya miqyaslı  fövqəladə situasiya elan edib: 2009-cu ildə donuz qripinə və poliomelitə görə, 2016-cı ildə Zika virusuna görə, 2014 və 2019-cu illərdə Afrikada Ebola qızdırmasına görə.

Xatırladaq ki, Səhiyyə Nazirliyi Çində yayılan və ikitərəfli sətəlcəmlə müşaiyət olunan ölümcül virusun Azərbaycanda qeydə alınmadığına əhalini əmin edir. Lakin ötən ilin son günlərindən başlayaraq xəstəxanalara virus mənşəli pnevmoniya ilə xəstələrin daxil olması, ölüm halları barədə xəbərlər gəlir. Dövlət Gömrük Komitəsi bildirir ki, Çində yayılan virusa görə ölkənin sərhəd-keçid məntəqələrində xüsusi rejim tətbiq ediləcək.

Sozazadligi.org



Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisi olan “28 May” qəsəbəsinin elektrik verilişi xətlərində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq 21 yanvar 2020-ci il tarixində istehlakçıların  elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq. 

Ardını oxu...



20 YANVAR - MÜSTƏQİLLİYƏ GEDƏN YOLUN BAŞLANĞICI....

Bərdə 93 saylı seçki dairəsindən deputatlığa namizəd Xəyalə Əhmədova 20 Yanvar Şəhidlərinin xatirəsini əziz tutaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Şəhidlərimizin məzarı başında yaddaşımıza qanla yazılan bu faciənin  acı xatirələri anıldı. Bu qəhrəmanlıq tariximizi yazan şəhidlərimizin məzarları yenə hər zamankı kimi qərənfil yağışına qərq olmuşdu.

Ardını oxu...