Son xəbərlər

 


Milli Məclisin buraxılması barədə hakim YAP-dan olan deputatların müraciəti parlamentdə bu gün müzakirəyə çıxarılmayacaq.

 

Spiker Oqtay Əsədov deyib ki, həmin məsələ dekabrın 2-də ayrıca müzakirə olunacaq.  O bildirib ki, dekabrın 2-də qanunverici orqanın iclası keçiriləcək: "İclasın gündəliyində bir məsələ var. Bu da YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin müzakirəsidir".

 

 

Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar mənə müraciət ediblər. Onlar V çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edilməsi haqqında məsələnin müzakirəyə çıxarımasını istəyiblər. Mən də bu məsələyə dəstək vermişəm".

Milli Məclisin sədri deyib ki, qanunverici orqanın buraxılması barədə məsələ bütün deputatlara (?!) aiddir: "Bu hər kəsə aiddir, həm siyasi partiyaların üzvlərinə, həm də birtərəf olanlara".

 

12.11

Bu dəqiqələrdə spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin iclası başlayıb. Gündəliyə 23 məsələ, o cümlədən hakim YAP-dan olan deputatların parlamentin buraxılması haqda müraciəti və yeni ombudsmanın seçilməsi daxildir. Jurnalistlər xəbər verir ki, parlamentin iclasına baş nazir Əli Əsədov da qatılıb.

***

Hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar Milli Məclisin buraxılması üçün kollektiv müraciət hazırlayıblar. Həmin müraciət artıq Milli Məclisdə baxılmaq üzrədir. Xatırladaq ki, ötən gün YAP-ın Siyasi Şurası parlamentin buraxılmasının zəruriliyi barədə qərar qəbul edib. Qərara əsasən Milli Məclisin indiki tərkibi prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlarla ayaqlaşmır.

Konstitusion prosedura əsasən indiki halda Milli Məclisin buraxılması üçün onun üzvlərinin əksəriyyətinin mandatlarından imtina etməsi əsas götürülə bilər. Prezident YAP-dan olan deputatların mandatlarından imtina haqda müraciətini əsas götürərək Milli Məclisin buraxılması, növbədənkənar seçkilərin təyin edilməsi haqda sərəncam verəcək.