Son xəbərlər

 


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları və digər müxalifət nümayəndələrinin Bakıda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

 

BŞİH-dən verilən məlumata görə, meriyada müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.

Xatırladaq ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər 9 fevral seçkilərində baş verənlərlə bağlı paytaxtda mitinq keçirmək barədə BŞİH-ə müraciət etmişdilər.

Mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, metronun "28 May" stansiyasının qarşısındakı meydanda keçirilməsi nəzərdə tutulurdu.