Son xəbərlər

 


“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb. “Aqrolizinq”də həmçinin son bir ildə iki beynəlxalq şirkət tərəfindən audit və qiymətləndirmə keçirilib.

 

Bu açıqlamanı virtualaz.org-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib. O bildirib ki, yoxlamalar zamanı qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir: “Aqrolizinq ASC” 2019-ci ilin yanvarından etibarən kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur”.  

*   *   *11:06

Belə görünür ki, “Aqrolizinq” ən korrupsiyalaşmış strukturlardan biri kimi imicini hələ də qoryub saxlayır.

Virtualaz.org xəbər verir ki, Maliyyə Nazirliyinin dövlət maliyyə nəzarəti Xidməti “Aqrolizinq” ASC-də yoxlama aparıb və ciddi maliyyə pozuntuları aşkar edib.

Xidmətin bildirdiyinə görə, “Aqrolizinq”də yoxlama 2017-ci ilin yanvarından 2019-cu ilin sentyabrına qədər olan dövrü əhatə edib, yoxlama zamanı ciddi mənimsəm və korrupsiya halları aşkarlanıb. “Bu pozuntular 2006-2019-cu illər ərzində kənd təsərrüfatı texnikasının lizinqə verilməsinə, texnoloji avadanlıqların alınmasına, göstərilmiş xidmətlərə görə mövcud olan borclara aid olub”,-məlumatda deyilir.

Yoxlamanın gedişində bir sıra təchizatçı şirkətlər və borclular tərəfindən 14.3 milyon manat vəsaitin “Aqrolizinq”in hesabına ödənilməsi təmin edilib, dövlət büdcəsinə çatmalı olan 52.4 min manat da ödənilib.

 

Habelə aqrotexniki xidmətlər göstərən şirkətlər tərəfindən daha 7.5 milyon manatın “Aqrolizinq”ə 2020-ci ilin sentyabrına qədər ödənilməsi üçün vaxt qoyulub.

“Bundan əlavə cins mal-qaranın, texnoloji avadanlıqların alınması üçün 11 milyon 259 min manat alan, amma işləri yerinə yetirməyən bir sıra şirkətlər barədə materiallar yoxlamaq üçün hüquq-mühafizə orqanlarına göndərilib”,-Maliyyə Nazirliyi bildirir.

“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.