Son xəbərlər

 


Risk və böhranın idarə edilməsi üzrə bacarığı olan kadrların müəyyənləşdirilməsi çox vacibdir..

 

Karyerada yüksəlmək, idarəetmə bacarıqlarını hərtərəfli inkişaf etdirməklə, dövlət üçün dəyərli idarəedici kadra çevrilmək çoxlarının hədəfi olsa belə, onu müəyyən səbəblərdən reallaşdıra bilmir. Bu məsələdə yalnız subyektiv deyil, obyektiv, o cümlədən, dövlətin belə şəxslərə bir çox hallarda dəstək göstərməməsi kimi amillər də mühüm rol oynayır. Lakin insan resurslarının düzgün idarəedilməsi, ən bacarıqlı idarəedici mütəxəssislərin müəyyənləşdirilməsi inkişaf yolunu düzgün seçən ölkələr üçün mühüm məsələ olduğundan onlar mütəmadi olaraq bunun yollarını araşdırırlar.

Bu baxımdan, Azərbaycanda bacarıqlı idarəedici kadrların müəyyən edilməsi və ehtiyat kadr bazasının yaradılması üçün dövlətin dəstəyilə “Yüksəliş” müsabiqəsinin keçirilməsi olduqca mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, Azərbaycan Prezidentİlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

İlk dəfə keçirilməsinə baxmayaraq, müsabiqəyə maraq hədsiz çox olub. “Yüksəliş”də iştirak üçün qeydiyyatdan keçən 11 760 nəfərin 9 775 nəfəri müsabiqəyə qəbul edilib ki, onların da 2339-u qadın, 7436-sı kişi olub. Müsabiqəyə qatılanların 40 faizini 21-30 yaşlı insanlar təşkil edib.