Son xəbərlər

 


“İnternetə çıxışı olmayan və dövlət qulluğu ilə bağlı onlayn müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün Dövlət İmtahan Mərkəzində xüsusi otaq ayrılması nəzərdə tutulur. Müsahibələrin onlayn qaydada keçirilməsi ilə bağlı artıq proqram təminatı da hazırlanıb”.

 

 “Report” xəbər verir ki, bunu Mərkəzin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov “Yeni TV”yə müsahibəsində deyib.

 

O xatırladıb ki, dövlət qulluğuna qəbul üçün bütün imtahanların sosial məsafənin gözlənilməsi, sanitar-gigiyenik tələblərə əməl edilməsi şərtilə kompüter vasitəsilə keçirilməsi nəzərdə tutulur: “Dövlət qulluğuna qəbul test və müsahibədən ibarət olmaqla, iki mərhələldə keçirilir. Dövlət qulluğuna qəbul üçün “A” kateqoriyası üzrə imtahanlar kompüter vasitəsilə keçirilir. Digər kateqoriyalar üzrə isə kağız daşıyıcılar üzərində aparılır”.