Son xəbərlər

 

Paytaxt Bakının avtomobil bazarında qiymətlər bahalaşıb. Xüsusən də Almaniya istehsalı olan avtomobillərin qiymətində 1000 - 2000 manat arasında artım var. Odur ki, bazarda alıcılar qiymətlərin baha olmasından, satıcılar isə alıcı azlığından şikayətlənir

Bazarda hər markada, hər qiymətdə maşın olmasına baxmayaraq, bazarda durğunluq yaşanır.

Satıcıların sözlərinə görə, avtomobillərin qiyməti hər ay artır. Təkcə son 3 ayda hər bir avtomobilin qiymətində ən az 1000-2000 manat arasında artım olub.

Bazarda ən çox tələb isə mühərriki kiçik, istehsal ili yeni və kondisionerlərli avtomobillərədir. Amma həm alış, həm də ehtiyat hissələrinin qiyməti ucuz olduğuna görə Almaniya istehsalı olan avtomobillərə də tələb var.

Rusiya istehsalı və kondisionersiz avtomobillər də bazara az çıxarılmasına baxmayaraq onların da qiyməti bahalaşıb.

Alıcılar məhz qiymətlərin bahalaşması səbəbindən avtomobil almaqda çətinlik çəkirlər.

Satıcıların sözlərinə görə, payıza doğru avtomobil bazarında canlanma olmasına baxmyaraq, qiymətlərin ucuzlaşacağı gözlənilmir. (Demokrat.az