Son xəbərlər

 


“İstənilən şəxs açıq məhkəmə proseslərini sərbəst izləyə bilər. Əgər Bakı Hərbi Məhkəməsi jurnalistləri açıq proseslərə buraxmırsa, düz etmir.

Yalnız dövlət sirri, ailə sirri ilə bağlı proseslər qapalı aparılır. Mən bununla bağlı həmin məhkəmə sədrləri ilə danışaram", - bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistələrin açıq məhkəmə proseslərinə buraxılmaması ilə bağlı sualı cavablandırarkən bildirib.

R.Rzayev, həmçinin qeyd edib ki, ötən il prokurorluq tərəfindən verilən protestlərin cəmi 35 faizi təmin edilib: “Belə bir fikir yaranıb ki, guya prokuror nə deyirsə, məhkəmə də onu deyir. Bu, belə deyil. Bəlkə sovet dövründə olub belə şeylər. Hazırda belə deyil. Ötən il prokurorluq tərəfindən verilən protestlərin cəmi 35 faizi təmin edilib. Bunun da olması normaldır, çünki hakimlər də səhv edə bilir".

*   *   *12:04

Azərbaycan Prezidenti cənab İlham Əliyev problemli kreditlərin həlli barədə fərman imzaladığı gündən məhkəmələrdə baxılan problemli kreditlərlə bağlı işlərin icraatı təxirə salınıb. Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

R.Rzayev qeyd edib ki, fərmanın icrası ilə əlaqədar bütün lazımi tədbirlər görülüb, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə işçi qrupu yaradılıb.

R.Rzayev bildirib ki, fərmandan gələn tələblər yüksək səviyyədə yerinə yetiriləcək.