Son xəbərlər

 


“Azərenerji” ASC ötən ilin avqust ayı ilə müqayisədə enerjinin istehsalı 10,5 %, ixracı isə 2 dəfədən çox artırıb. Bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

 

Onun sözlərin görə, ötən ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən ay 2,14 milyard kVts elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin avqust ayı ilə müqayisədə 200 milyon kVts və ya 10,5 % çoxdur. 

“Ötən ilin avqust ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb. “Reabilitasiya Proqramı” çərçivəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi ixrac edilməsinə şərait yaradıb. Belə ki, 2018-ci ilin avqust ayında qonşu dövlətlərə 72,2 milyon kVts elektrik enerjisi ixrac edildiyi halda, bu ilin avqust ayında 166,3 milyon kVts elektrik enerjisi ixrac edilib. Bu da 94,1 milyon kVts və ya 2 dəfədən çox artım deməkdir”,-T.Abdullayev deyib.

“Azərenerji” ASC-nin nümayəndəsi qeyd edib ki, ixrac edilən 166,3 milyon kVts elektrik enerjisinin 158,8 milyon kVts Gürçüstan Respublikasına ötürülüb.